Spor Toto Super Liqanın 5-ci həftəsində keçirilən "MKE Ankaragücü" - "Beşiktaş" matçından sonra meydana daxil olan azarkeşlərə müdaxilə etdiyi üçün qırmızı vərəqə alan Josef de Souza cəzasına etirazının qəbul edilməməsindən sonra açıqlama verib. SİA xəbər verir ki, braziliyalı futbolçu "İnstaqram" hesabında paylaşdığı mesajda bu ifadələrdən istifadə edib: "Bir oyunçunu öldürdükləri və ya sevimli işini etməsinə mane olaraq onu şikəst etdikləri və ya daha ciddi şəkildə hakimə hücum etdikləri gün məni xatırlayacaqsınız. Qərardan çox məyus oldum. Braziliyada nəyəsə görə cəza verərdilər. Həbsdə olması lazım olan şəxs həbsdə deyildi, o, ağır cəza almalı idi. Müdafiə etməyə çalışanı cəzalandırdılar. Futbolda zorakılığa və həmrəyliyə qarşı olmaqdan danışılan bu günlərdə mesajınız ancaq bu qədər pis ola bilərdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB