Azərbaycan Alpinizm Federasiyasının ümumi yığıncağı keçirilib

Azərbaycan Alpinizm Federasiyasının ümumi yığıncağı keçirilib

Sentyabrın 9-da Azərbaycan Alpinizm Federasiyasının ümumi yığıncağı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. SİA-nın verdiyi məlumata görə, əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Sonra Azərbaycan Alpinizm Federasiyasının rəhbərliyinə seçki keçirilib.

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev federasiyanın prezidenti seçilib. Yığıncaqda həmçinin Səyyarə Məmmədova federasiyanın vitse-prezidenti, Dilarə Cəfərova, Rinat Rəhimxanov və Abuzər Ağazdə İdarə Heyətinə üzv seçiliblər.

Yığıncaqda Azərbaycan Alpinizm Federasiyasının prezidenti Muxtar Babayev çıxış edərək qurumun gələcək fəaliyyəti və qarşıdakı planları barədə danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə