"Oktyabr ayında beynəlxalq yarış keçirəcəyik" - BAŞ KATİB BİLDİRDİ
"Avarçəkənlərimizi bu gün Nefçalaya təlim-məşq toplanışına gətirmişik. Burada hazırda 91 idmançı iştirak edir". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev bildirib.
Baş katibin sözlərinə görə, Nefçalada hər zaman olaraq təlimlər və yarışlar təşkil etmişik: "Biz bu ənənəni davam etdirməyə çalışacayıq. Təbii ki, buradakı müəyyən təmir işləri gedəndən sonra yarışlarımız üçün yenidən Nefçalaya üz tutacayıq. Bizim bazamız Mingəçevirdə yerləşir. Hər zaman böyük tədbirlərimiz bu səbəbdən Mingəçevirdə keçirilir. Bu kimi təlimlərin əsas məqsədi uşaqların və gənclərin bu idmana olan marağının artırılmasıdır. Pandemiya səbəbindən təlim-məşq toplanışları keçirə bilmirdik. Lakin indi çalışırıq ki, bu cür məşqlər keçirərək idmançılarımızın təcrübəsini artıraq. Oktyabrda Mingəçevir regatası keçiriləcək. Bu yarış beynəlxalq səviyyədə təşkil olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB