Milli Paralimpiya Komitəsində mətbuat konfransı keçirilib - TƏDBİR FOTOLAR

Milli Paralimpiya Komitəsində mətbuat konfransı keçirilib - TƏDBİR FOTOLAR

09 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində paracüdo üzrə Dünya Çempionatına həsr olunmuş mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, tədbirdə ARMPK prezidenti İlqar Rəhimov, Təşkilat Komitəsinin sədri Kamal Məmmədov, vitse-prezident və ikiqat paralimpiya çempionu İlham Zəkiyev, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Sevda Mirzəyeva Azərbaycan Cüdo və Federasiyasının prezidentinin müşaviri Natiq Bağırov iştirak edib.

Mətbuat konfransı Dünya Çempionatına həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb. Daha sonra Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov qarşıdan gələn yarışla bağlı mətbuat nümayəndələrinə geniş məlumat verib. Onun sözlərinə görə, ölkəmizdə ilk dəfə olaraq, paracüdo idman növü üzrə dünya çempionatı keçirilir. Yarışda 45 ölkədən 250 idmançının iştirakı gözlənilir. Komitə prezidenti bildirib ki, yarış "Paris 2024" XVII Yay Paralimpiya Oyunlarına ən çox reytinq xalları qazandıran yarışlardandır və bu səbəbdən çempionata olan maraq çox böyükür.

Komitə prezidenti qeyd edib ki, yarışda idmançılar 18 dest medala görə mübarizə aparacaqlar. Onlardan 8 dest medal kişilərin, 8 dəst medal qadınların, 2 dest isə komanda yarışlarında olacaq.

Mətbuat konfransında Dünya Çempionatının loqosu, qalib idmançılar üçün nəzərdə tutulan medalların ve maskotun teqdimatı baş tutub.

İlqar Rəhimov bildirdi ki, Afrika ölkələrində paracüdoya marağın daha da artırılması məqsədilə bir neçə ölkə Bakıda keçiriləcək çempionata dəvət edilib. Dəvət edilən komandaların və digər Paralimpiya Komitələri ilə imzalanmış memoranduma əsasən bir neçə ölkənin, eyni zamanda Ukrayna milli komandasının xərcləri Azərbaycan Milli Paralimpiya Komitəsi tərəfindən qarşılanacaq.
Eyni zamanda Komitə prezidenti qeyd edib ki, Dünya Çempionatında öncə beynəlxalq həkimlərin iştirakı ilə 5 gün göz tibbi təsnifatı keçirilicək. Çempionatdan sonra isə ölkələr üçün beynəlxalq təlim-məşq toplanışı baş tutacaq.

Komite prezidenti İlqar Rəhimov yarışların keçirilməsinə dəstək göstərən təşkilatlar barədə də söz açıb. Onun sözlərinə görə, bp Azərbaycan, Unibank, Toyota, BNA, Azərbaycan Cüdo Federasiyası, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təbib, Bir könüllü ve "Motivator Azerbaycan" Dünya Çempionatının tərəfdaşlarıdır.

Komitə prezidenti bildirib ki, komanda üzvləri oyunlara fiziki və psixoloji cəhətdən hazırdırlar. İ.Rəhimov komanda üzvlərinin hazırlıq səviyyəsinin daha da artırılması məqsədilə yarışda iştirak edəcək idmançıların yerli təlim-məşq toplantılarında məşqlərini davam etdirəcəklərini də qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə