UEFA prezidenti Aleksander Çeferin Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin vəfatı ilə əlaqədar başsağlığı verib. SİA-nın məlumatına görə, sloveniyalı funksioner Avropa futbol qurumunun rəsmi saytına açıqlamasında kraliçanın ölümündən kədərləndiyini söyləyib.
O bildirib ki, bütün fikri II Elizabetin ailəsi və İngiltərə Futbol Assosiasiyasının prezidenti şahzadə Uilyam, həmçinin Böyük Britaniya vətəndaşları ilədir.
Xatırladaq ki, II Elizabet ötən gün 96 yaşında vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB