Almaniyanın “Frayburq” klubunun baş məşqçisi Kristian Ştrayx Avropa Liqasının qrup mərhələsinin I turunda “Qarabağ” üzərində qələbəni şərh edib. SİA xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında bunları deyib: “Rəqibi analiz etmişdik. Onların UEFA Çempionlar Liqasının təsnifat mərhələsindəki görüşlərini izləmişdim. “Qarabağ”ın çox yaxşı futbolçuları var. Bu matçın belə keçəcəyini gözləyirdim. İlk 20 dəqiqədə çox yaxşı oynadıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB