"Frayburq" və "Qarabağ" oyununda ilk hissə başa çatıb

"Frayburq" və "Qarabağ" oyununda ilk hissə başa çatıb

Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda ilk hissə başa çatıb. SİA xəbər verir ki, meydan sahibləri fasiləyə 2:1 hesablı üstünlüklə yollanıblar.

Bundesliqa təmsilçisinin heyətində 7-ci dəqiqədə Vinçentso Qrifo penaltini dəqiq yerinə yetirib. 15-ci dəqiqədə Ritsu Doan fərqi iki topa çatdırıb. 39-cu dəqiqədə isə "köhlən atlar"ın heyətində Marko Veşoviç fərqi azaltmağa müvəffəq olub.

Bütün xəbərlər Facebook səhifəmizdə