"Bundan sonra film sektorunda davam edəcəm" - ZABİT SƏMƏDOV

"Bundan sonra film sektorunda davam edəcəm" - ZABİT SƏMƏDOV

"Mən 25 illik məşqçimlə çox güclü şəkildə vida görüşünə hazırlaşmışıq". SİA xəbər verir ki, bunu jurnaliatlərə açıqlamasında "Zabit Səmədovun vida döyüşü" adlı mətbuat konfransında döyüşçü Zabir Səmədov bildirib.

İdmançının sözlərinə görə, rəqibin zəif və güclü tərəfləri bizə məlumdur: "Ona görə də sırf o tərəflər üzərində çalışmışıq. Antonio Silva çox tanınmış bir döyüşçüdür. Mənim ilk döyüşlərimdə yeni başlanğıc olduğu üçün çox həyəcanlı idim. Sonuncu döyüşdə mənim üçün çox məsuliyyətlidir. Çünki sonuncu döyüşdür. Bundan sonra ki, fəaliyyətimi film sektorunda davam etmək fikrim var. Vətənimizlə bağlı bir film üzərində işlənilir məndə həmin filmdə yer alacam".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə