"Qarabağ"-dan necə oyun gözləyirik? - BAŞ MƏŞQÇİ MÜNASİBƏT BİLDİRDİ

"Avroliqa qrup mərhələsidir. Qrup mərhələsində "Qarabağ" Almaniyanın "Frayburq" komandası ilə qarşılaşacaq. "Frayburq" Almaniyada lider komandalar sırasındadır". Bu sözləri SİA-ya açıqlamasında “Kəpəz” futbol klubunun yeni təyin olunmuş baş məşqçisi Tərlan Əhmədov deyib.

Onun sözlərinə görə, komandanın oyununu görəndən sonra məlum olur ki, "Qarabağ" komandası üçün ağır olacaq. Amma "Qarabağ" komandasına inamımız odur ki, layiqli müqavimət göstərəcək. Komandanın qazanmaqla bağlı istəyi olmalıdır. Hər halda komandamızın baş məşqçisi Qurban Qurbanovun yetəri qədər təcrübəsi var. Komandanı necə idarə edəcəyini bilir. Qrup mərhələsində oynayan komandaların şansları bərabər olur. Qarabağda hücüm xəttində olan problem Vadjinin getməsi və müdafiədə böyük boşluqların olması istər istəməz həyəcana səbəb olur. Bundan sonra daha çətin komandalar və daha keyfiyyətli oyunlarla qarşılaşacağıq. Qrup mərhələsindəki komandalar qalibiyyət üçün daha istəklidir. Hər bir komanda çalışdığı qədər öz meydancasında xal qazanmağa qalibiyyət əldə etməyə çalışır. Ona görə də bu gun "Qarabağ"ın işi bir qədər çətindir. Hər halda ümidimiz odur ki, "Qarabağ" layiqli nəticə göstərsin. Komandanın müdafiəsindəki boşluqlar hücum xətdində Vadjinin olmaması, yəni qolçunun olmaması "Qarabağ"da problem yaradacaq".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə