"Ayaks"dan darmadağın, "Ayntraxt" evdə uduzub

"Ayaks"dan darmadağın, "Ayntraxt" evdə uduzub

UEFA Çempionlar Liqasının qrup mərhələsində I turun daha 2 oyunu keçirilib. SİA-nın məlumatına görə, A qrupunda Niderland "Ayaks"ı evdə Şotlandiya "Reyncers"ini darmadağın edib. Meydan sahiblərindən qolları 17-ci dəqiqədə Edson Alvares, 32-ci dəqiqədə Stiven Bergeys, 34-cü dəqiqədə Məhəmməd Kudus və 80-ci dəqiqədə Stiven Berqveyn vurublar.

Digər görüş isə D qrupunda baş tutub. Portuqaliya "Sportinq"i Almaniyada "Ayntraxt" (Frankfurt) komandasına 3 cavabsız qolla qalib gəlib. Qonaqlardan 65-ci dəqiqədə Markus Edvards, 67-ci dəqiqədə Fransişku Trinkan və 82-ci dəqiqədə Nunu Santuş fərqləniblər.

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

7 sentyabr

A qrupu

20:45. "Ayaks" (Niderland) - "Reyncers" (Şotlandiya) - 4:0

Qollar: Edson Alvares, 17. Stiven Bergeys, 32. Məhəmməd Kudus, 34. Stiven Berqveyn, 80

D qrupu

20:45. "Ayntraxt" (Frankurt, Almaniya) - "Sportinq" (Portuqaliya) - 0:3

Qollar: Markus Edvards, 65. Fransişku Trinkan, 67. Nunu Santuş, 82

Qeyd edək ki, ilk turun son 6 oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə