Mauro İkardi "Qalatasaray"da

"Qalatasaray" İkardinin transferində xoşbəxt sonluğa çatıb. SİA xəbər verir ki, PSJ forması geyinən argentinalı hücumçu ilə bir illik icarə müqaviləsi imzalanıb. "Qalatasaray" İkardinin 8 milyon avro maaşının 3 milyon avrosunu ödəyəcək. İkardi bu axşam İstanbula gələcək. "Qalatasaray" təyyarə videosu ilə birlikdə İkardinin klassik qol qeydini xatırladan emoji də paylaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə