UEFA Çempionlar Liqasının ilk həftəsində F qrupunda "Real Madrid" "Seltik"i qəbul edib. SİA xəbər verir ki, Seltik Parkda keçirilən matçda İspaniya nəhəngi ikinci hissədəki qollarla 3-0 qalib gəlib. "Real Madrid"ə qələbə qazandıran qolları 56-cı dəqiqədə Vinisius Junior, 60-cı dəqiqədə Luka Modriç və 77-ci dəqiqədə Eden Hazard vurub. Bu nəticədən sonra "Real Madrid" ilk həftədən 3 xal toplayıb. "Seltik" Çempionlar Liqasına xalsız başlayıb.
F qrupunda növbəti dəfə "Real Madrid" "RB Leipzig"i qəbul edəcək. "Seltik" səfərdə "Şaxtyor"a gedəcək. Son çempion "Real Madrid"in futbolçusu Kərim Benzema da zədələnərək oyundan kənarda qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB