Wmumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner Rusiya komandalarının beynəlxalq yarışlardan kənarlaşdırılmasına dəstək verən tennisçi Daria Kasatkinaya cavab verib.
SİA-nın əldə etdiyi məlumata görə, Vinerin “ittihamlarını” “RBC” yayıb.
“...Abisiyaları naminə onları böyüdən ölkəni ləkələyirlər. Bu pis bir dairədir. Hər ölkənin öz korrupsionerləri var”.
Deməli, bunları deyən Viner daha sonra Kasatkinanı satqın adlandırıb.
Qeyd edək ki, sentyabrın 5-də Kasatkina “YouTube” kanalına verdiyi müsahibədə milli komandalarının beynəlxalq yarışlardan kənarlaşdırılması ilə razılaşdığını bildirdi. Onun fikrincə, dövlət tərəfindən maliyyələşdirilən bütün strukturlar diskvalifikasiya edilməlidir.
Xatırladaq ki, fevralın sonunda bir çox beynəlxalq idman təşkilatları Beynəlxalq Olimpiya Komitəsinin tövsiyəsi ilə rusların yarışmasına icazə verməyib.
Futbol, xokkey, atletika və fiqurlu konkisürmə kimi bəzi növlərdə rusiyalı idmançıların çıxışları tamamilə dayandırılıb. Amma avtomobil idmanı, velosiped idmanı, tennis və şahmatda ruslar neytral statusda çıxış etməyə davam edirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB