UEFA Çempionlar Liqasında Dortmund "Borussiya"sı və Zaqreb "Dinamo"su qrup matçlarına qələbə ilə başlayıb. SİA xəbər verir ki, Avropa futbolunun klub səviyyəsində 1 nömrəli təşkilatında E və G qruplarında iki oyun keçirilib.
G qrupunda mübarizə aparan Danimarkanın Kopenhagen komandasını qəbul edən Almaniya təmsilçisi Dortmund "Borussia" 35-ci dəqiqədə Marko Roys, 42-ci dəqiqədə Rafael Guerreiro və 83-cü dəqiqədə Jude Bellinqhemin qolları ilə rəqibini 3:0 hesabı ilə məğlub edib.
E qrupunda Xorvatiyanın "Dinamo Zaqreb" komandası İngiltərə təmsilçisi "Çelsi"ni 13-cü dəqiqədə Mislav Orsiçin qolu ilə 1:0 hesabı ilə məğlub edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB