"Beşiktaş" uzun müddətdir heyətinə qatmaq istədiyi "Alanyaspor"dan Tayfur Bingöl transferində xoşbəxt sona çatıb. SİA TRT idmanın xəbərinə istinadən xəbər verir ki, qara-ağlılar Tayfur Bingölü mövsümün sonuna qədər 5 milyon TL-yə icarəyə götürüb. Ötən mövsüm Super Liqada "Alanyaspor"la 30 oyun keçirən Tayfur Bingöl 3 qol vurub, 10 məhsuldar ötürmə edib.
Tayfur Bingöl fevral ayında “Alanyaspor”la müqaviləsini yeniləyərkən “Beşiktaş” azarkeşi olduğunu və yeganə arzusunun “Beşiktaş” formasını geyinmək olduğunu bildirmişdi. O bunları bildirib: "Daha 3 illik yeni müqavilə imzaladım. Çox xoşbəxtəm. Gələcəklə bağlı yalnız bir arzum var. "Alanyaspor" futbolçusu olaraq "Beşiktaş"a transfer olmaq. Ümidim budur. İnşallah xeyirli olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB