"Beşiktaş" Natan Redmondu heyətinə qatıb

"Beşiktaş" Natan Redmondu heyətinə qatıb

"Beşiktaş", "Fənərbaxça" və "Qalatasaray" "Sauthempton"da çıxış edən yamayka əsilli ingilis sol cinah oyunçusu Natan Redmondu heyətinə qatmaq üçün rəsmi təklif irəli sürüb. SİA xəbər verir ki, "Sauthempton" uzun müddət klubda çıxış edən futbolçuya şərait yaradılacağını və transfer edəcəyi klubu seçə biləcəyini bildirib.

Redmondun bu axşam Türkiyəyə yola düşəcəyi bildirilir. "Beşiktaş" Redmondun transferi qarşılığında Ajdin Hasiç və Emirhan Delibaşı "Göztepe"yə icarəyə verəcək. Yamayka əsilli 28 yaşlı futbolçu 2017-ci il martın 22-də Almaniyaya qarşı keçirdikləri yoldaşlıq oyununda İngiltərə milli komandasının heyətində də çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə