"Qalatasaray"ın önəmli adlarından olan Bafetimbi Qomis "Qaziantep" FK matçından sonra açıqlamalar verib. SİA xəbər verir ki, qələbəni dəyərləndirən Bafetimbi Qomis, "İlin əvvəlindən azarkeşlərimiz hər zaman bizi dəstəklədilər və hər zaman bizimlə oldular. Bu gecə öz evimizdə oynadıq. Keçən il çox fərqli idi, bu il çox fərqli idi. Çempion olmaq istəyirik. Komanda olaraq “Qalatasaray” və forma uğrunda mübarizəmizi davam etdirəcəyik. Bizə daha çox vaxt lazımdır. Zamanla mən və komanda yoldaşlarım ən yaxşı performansı göstərəcəyik”.
Sarı-qırmızılıların fransız ulduzu "Üç ildən sonra bura yenidən gəldiyim üçün çox xoşbəxtəm. Yaşımla asan olmasa da, son gücümə qədər "Qalatasaray" üçün əlimdən gələni etmək istəyirəm. "Qalatasaray" üçün qol vurmaq, azarkeşləri sevindirmək üçün bu riskə gedib azarkeşlərimizin dəstəyi ilə qolumu vurdum. Mən qol vurmaq üçün doğulmuşam"- deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB