Miralem Pyaniçin yeni komandası bəlli olub

Miralem Pyaniçin yeni komandası bəlli olub

"Barselona"da heyətdə yer almayan adlardan biri olan Miralem Pyaniçin gələcəyi demək olar ki, formalaşıb. SİA xəbər verir ki, Bosniya və Herseqovina millisinin yarımmüdafiəçisi Birləşmiş Ərəb Əmirliklərinin komandalarından olan "Şarja" klubu ilə 2 illik müqavilə imzalayıb. 32 yaşlı yarımmüdafiəçinin son detalları müzakirə etmək və müqavilə imzalamaq üçün sabah Dubayda olacağı gözlənilir. "Barselona"nın bu transferdən 3 milyon avro qazanacağı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə