Super Liqanın 5-ci turunda "Qalatasaray" öz meydanında "Qaziantep"i qəbul edib. SİA xəbər verir ki, "Qalatasaray"da oyunun 31-ci dəqiqəsində ilk sarı vərəqəsini görən Abdülkerim Bardakcı 44-cü dəqiqədə Figueiredo ilə hava topu mübarizəsindən sonra ikinci sarı vərəqəsini alıb və qırmızı vərəqə alaraq oyundan kənarda qalıb. Bugünkü oyunla Super Liqada 89 oyun keçirən Abdülkerim Bardakcı ilk dəfə qırmızı vərəqə görüb. Digər tərəfdən, 27 yaşlı futbolçu Anjelo Saqalla "Qaziantep" FK-nın qapısında səhv ötürmə ilə rəqibin hücumunun başlamasına səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB