Di Mariya ÇL-də PSJ ilə oyunu buraxacaq

Di Mariya ÇL-də PSJ ilə oyunu buraxacaq

PSJ-nin icarə əsasında "Yuventus"da çıxış edən futbolçusu Anhel di Mariya İtaiya klubu ilə Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda PSJ ilə oyuna çıxa bilməyəcək.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə PSJ-nin mətbuat xidməti məlumat yayıb. 34 yaşlı yarımmüdafiəçi A seriyasının 1-ci turunda "Sassuolo" ilə oyunda (3:0) zədələnib.

Qeyd edək ki, Di Mariya bu yay icarə əsasında "Yuventus"a keçib.

Əlavə edək ki, sentyabrın 6-da oynanılacaq PSJ - "Yuventus" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə