AVF-nın yeni rəsmi saytı istifadəyə verilib

AVF-nın yeni rəsmi saytı istifadəyə verilib

Azərbaycan Velosiped Federasiyasının yeni rəsmi saytı istifadəyə verilib. Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, “Cycling.az” domeni ilə fəaliyyət göstərən sayt dizayn və funksionallıq baxımından müasir tələblərə uyğun hazırlanıb.

Yeni internet resursunda velosiped idmanının tarixi, ölkəmizdə inkişaf mərhələləri, bütün növləri haqda geniş informasiyalar mövcuddur. Saytda Azərbaycan Velosiped Federasiyasının fəaliyyəti ilə yaxından tanış olmaq mümkündür. İdman həvəskarları burada bütün yaş kateqoriyaları üzrə milli komandaların üzvləri və baş məşqçiləri, tədbirlər və onların təqvimləri, nəticələri, idmançıların reytinqləri, velosipedçilərimizin yerli və beynəlxalq yarışlarda iştirakı, ümumiyyətlə velosiped idmanı sahəsində baş verən yeniliklərlə yaxından tanış ola bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə