"Yaxşı nəticə əldə etməyimiz üçün komanda şəkilində çalışmalıyıq" - YENİ BAŞ MƏŞQÇİ AÇIQLADI

"Yaxşı nəticə əldə etməyimiz üçün komanda şəkilində çalışmalıyıq" - YENİ BAŞ MƏŞQÇİ AÇIQLADI

“İki illik fasilədən sonra ”Kəpəz” klububunun baş məşqçisi olmağımla bağlı təklif gəldi və məndə bunu dəyərləndirdim. Bilirəm ki, çətin bir məqamdır. Hazırda “Kəpəz” klububun vəziyyəti ürəkaçan deyil, komanda son 5 turdan sonra sonuncu yerlərdə qərarlaşır, sıfır xala malikdir. Bu şəhərin komandası hər zaman futbolu ilə seçilib və sevilib”. Bu sözləri SİA-açıqlamasında “Kəpəz” futbol klubunun yeni təyin olunmuş baş məşqçisi Tərlan Əhmədov bildirib.

Baş məşqçinin sözlərinə görə, “Kəpəz” klubunun sevərləri çoxdur. Uzun zaman Azərbaycan futbolçularının 70 faizini Gəncə şəhəri təşkil edib: “SSRİ yığmasının tərkibində olan bir sıra uğurlu və peşəkar futbolçuları Gəncə şəhərindən çıxıb. Bu şəhər demək olar ki, futbolla yaşayır və bu gündə onların futbola verdikləri dəyər yüksək səviyyədədir. Klubun stadionu qəzalı səbəbdən təmirdə olduğu üçün oyunlarını səfərdə oynayır. Təbii ki, bütün bunlar da bir sıra çətinliklər yaradır. Mən bütün bu çətinliklərdən xəbərdaram. Bu şəhərdə yenidən futbol ənənələrini davam etdirmək və bu idman növünə olan sevgini artırmalıyıq. Komandanın maliyyə vəziyyəti də yaxşı deyil. Lakin buna baxmayaraq bu komandaya yenidən şans verilir. Komandanın əhval-ruhiyyəsi qalxmalıdır və onlar inanmalıdır ki, qazanacaqlar. Təbii ki, bunun üçün mənim əlimdə möcüzəvi bir güc yoxdur. Sadəcə olaraq mən uğuru Allahdan istəyirəm. Bizim yaxşı nəticə əldə etməyimiz üçün komanda şəkilində çalışmalıyıq. Çünki tək mənim səyimlə düzələn şeylər deyil. Gəncənin şəhər Soveti, İcra Hakimiyyəti, keçmiş veteran futbolçuların idarə heyəti və s. bir sıra qurumlar bizə yardımçı olmalıdırlar. Mən komanda da birdən-birə hansısa dəyişiklik edə bilmərəm. Klubun transfer prosesində bir sıra səhvlər olub, bunları ardan qaldırmalıyıq. Klubun vəziyyətinin normal olması üçün zaman lazımdır. Komanda sonuncu pillədən qalxmalı və hamı bir şəkildə məqsədə nail olmalıdır. Uğur üçün bütün imkanlarımızı səfərbər edəciyik. Artıq məşqlərdə idmançıalrın əhval-ruhiyyəsinin yüksək olması məni sevindirir. Biz hər zaman istəmişik ki, əyalətlərimizdə idman inkişaf etsin.

Mən bu gündə istəyirəm ki, “Simruq”, “Xəzər Lənkəran” və s. bir sıra digər klublar yenidən qayıdaraq qrup oyunlarında öz rəngarəngliklərini qatsınlar. Çünki hər bir bölgənin öz mental dəyərləri və yaşamı var. Məhz bu səbəbdən də hər hansısa bir bölgəni təmsil edən klubda həmin regionun xüsusiyyətini özündə daşıyaraq, iştirak edir. “Turan Tovuz” komandasının da oyunlara qayıtması hər birimizi sevindirdi.

Ali Baş Komandanın idmana xüsusi ilə də futbola olan diqqəti və qayğısı nəticəsində idmanımız inkişaf edir. Güləşçilərimizin Avropa Çempionu olması, İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın uğurlu çıxışları, mini futbol üzrə yığma komandamızın Avropa Çempionu olması, kikboksçularımızın Amerikada keçirilən yarışlarda qalib gəlməsi və s. bütün bu uğurlarımız cənab Prezidentin idmana olan diqqətinin nəticəsidir. Təbii ki, bütün bunlarla yanaşı futbol idman növündə də bir çox inkişaflar var. Stadionların təmiri, yeni idman qurğularının gətirilməsi, Olimpiya İdman Kompleksində futbol meydançalarının yaradılması, akademiyalarda futbolçuların yetişdirilməsi və s. bunların hamısı futbolun inkişafına xüsusi töhfə verir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə