Tərlan Əhmədov "Kəpəz" klubunun baş məşqçisi təyin olunub

Tərlan Əhmədov "Kəpəz" klubunun baş məşqçisi təyin olunub

"Kəpəz" FK-nun yeni baş məşqçisi Tərlan Əhmədovun təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, Qərb bürosunun məlumatına görə, Gəncə şəhərindəki "Gənclər Evində" keçirilən mərasimdə klub nümayəndələri, idman xadimləri və kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak edib.

50 yaşlı mütəxəssislə cari mövsümün sonunadək müqavilə bağlanılıb.

Qeyd edək ki, "Kəpəz" klubunun öncəki baş məşqçisi Yaşar Vahabzadə və məşqçilər korpusu bir müddət öncə istefaya göndərilib.

Azərbaycan Premyer Liqasında iştirak edən "Kəpəz" hələ ki heç bir komanda üzərində qalibiyyət əldə etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə