Superliqanın 5-ci həftəsində "Beşiktaş" səfərdə "Ankaragücü"nü 3:2 hesabı ilə məğlub edib. SİA xəbər verir ki, matçın son fitindən sonra ara qarışıb. Meydançaya daxil olan Ankaragüçlü tərəfdarlarından biri hakimin və futbolçuların olduğu yerə qaçıb. Salih Uçana təpik atan aqressiv tərəfdar Cenk Tosun və Josef de Souzanın səylərindən sonra ərazidən uzaqlaşdırılıb, daha sonra təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. Bu anlardan sonra “Beşiktaş”ın kapitanı Josef de Souza komanda yoldaşına hücum edən azarkeşə müdaxilə etdiyi üçün hakim tərəfindən qırmızı vərəqə ilə cəzalandırılıb. Qara-ağların hollandiyalı hücumçusu Vout Veghorst matçdan sonra verdiyi açıqlamada, "Jozef de Souza oradakı dostlarını qorumağa çalışırdı. O, matçın sonunda azarkeşlərə müdaxilə etdiyi üçün qırmızı vərəqə aldı. İnşallah penalti almaz” dedi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB