“Kəpəz”in yeni baş məşqçisi rəsmiləşdi

“Kəpəz”in yeni baş məşqçisi rəsmiləşdi

"Kəpəz"ə yeni baş məşqçi təyin edilib.

SİA Qol.az-a istinadən xəbər verir ki, komandanı Tərlan Əhmədov çalışdıracaq. Bu gün Gəncədə bununla bağlı rəsmi təqdimat mərasimi keçirilib. Onunla 1 illik müqavilə imzalanıb.

Tərlan Əhmədov baş məşqçi vəzifəsindən bir neçə gün əvvəl istefaya göndərilən Yaşar Vahabzadəni əvəzləyib.

Xatırladaq ki, T.Əhmədovun bunadək son çalışdırdığı klub “Keşlə” (indiki “Şamaxı") olub.

Bütün xəbərlər Facebook səhifəmizdə