Haaland niyə "Real"ın təklifindən imtina edib?

Haaland niyə "Real"ın təklifindən imtina edib?

"Borussiya"dan (Dortmund) "Mançester Siti"yə transfer olunan Erlinq Haalandın "Real"a keçməsinin səbəbi məlum olub.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə 22 yaşlı forvardın atası Alf-İnqe danışıb. O deyib:

"Biz düşündük ki, mərkəz hücumçusu kimə lazımdır? Bu, birinci meyar idi. Ona görə də "Mançester Siti"yə transferə 10 üzərindən 10 qiymət verdik. Bu, mükəmməl idi. "Real"a keçidi isə 10 üzərindən 5 və ya 6 balla qymətləndiridik. Biz də "Real"ın Mbappe ilə müqavilə imzalayacağını düşünürdük”.

Xatırladaq ki, Haalandın "Real"a transfer olunacağı barəə məlumatlar yayılmışdı. Tərəflər uzun müddət idi ki, danışıqlar aparırdılar. Lakin oyunçu "Mançester Siti"yə keçib. O, artıq İngiltərə Premyer Liqasında 6 matçda 10 qol vurub və 1 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə