"Qalatasaray" Mauro İkardi ilə bağlı qərar verəcək

"Qalatasaray" Mauro İkardi ilə bağlı qərar verəcək

Avropa mətbuatı İkardinin "Qalatasaray"la anlaşdığını və transferin tamamlandığını iddia edib. SİA xəbər verir ki, Fransa mətbuatı razılaşmanın hələ dəqiqləşmədiyini yazıb. Nəhayət, İtaliya mətbuatı futbolçunun sabah qərar verəcəyini və böyük ehtimalla sarı-qırmızılı formanı geyinəcəyini yazıb. Belə olan halda futbolçunun "Qaziantep" Futbol Klubu ilə oyunu tribunadan izləməsi gözlənilir. Demək olar ki, bütün Avropada transfer pəncərəsi başa çatdığı üçün İkardinin problem yaşayacağı gözlənilmir. 1 il müddətinə icarə əsasında "sarı-qırmızılılar" formasını geyinəcək 29 yaşlı futbolçunun müqaviləsində satınalma missiyasına malik olmayacaq. "Qalatasaray" onun 8 milyon avro maaşının 3,5 milyon avrosunu ödəyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə