“Oyunda biz üstünlük təşkil etdik”

“Oyunda biz üstünlük təşkil etdik”

“Barselona”nın baş məşqçisi Xavi İspaniya çemponatının 4-cü turunda komandasının “Sevilya” üzərində qələbəsini (3:0) şərh edib.

SİA bu barədə rus saytlarına istinad edir.

Xavinin dediyinə görə, bu dəfə “...topu sürətlə hərəkət etdirdik, meydanın əks hissəsində də ardıcıl oynadıq.

Ümumiyyətlə, komanda üçün çox yaxşı oyun oldu. Biz üstün idik, deyim ki, daha çox qol vurmaq şansımız da oldu. Amma buna baxmayaraq, “Sevilya” üzərində 3:0 hesablı qələbə yaxşı əlamətdir”.

Qeyd edək ki, Xavinin dediklərinə “Marca” ğz səhifəsində yer verib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə