Superliqanın 5-ci həftəsində "Fənərbaxça" "Kayserispor"u 2:0 hesabı ilə məğlub edib. SİA xəbər verir ki, matçdan sonra açıqlama verən "Fənərbaxça"nın prezidenti Ali Koç bu sözləri deyib: "4-cü həftəni başa vurduq. Görürəm ki, "Fənərbaxça"nın ən böyük rəqibi öz camaatımızdır. Liqanı çox pis yerdə bitirmişik kimi bir fikir var. Katalizatorların kim olduğunu bilirik, amma bizi maraqlandırmır. Atmosfer sosial mediada yaradılan sual işarəsidir. Trabzonsporun bizimlə bağlı paylaşımları... Keçən həftə Maksi Qomezlə anlaşdıq. Valensiya bizə 48 saat vaxt verdi və bu müddət bitəndə müəllimimizi razı sala bilmədik. Müəllimimiz dedi ki, bizə yaraşmır"-deyə, Ali Koç fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB