Super Liqanın 5-ci həftəsində "Fənərbaxça" "Kayserispor"u qəbul edib. SİA xəbər verir ki, "Ülkər" stadionunda keçirilən matçda "Fənərbaxça" 2:0 hesabı ilə qalib gəlib. Sarı-göylülərə qələbə qazandıran qolları 37-ci dəqiqədə Joao Pedro, 50-ci dəqiqədə isə Coşua Kinq vurub. İlk dəfə sarı-göy rəngli forma ilə ilk 11-likdə başlayan Joao Pedro oyunu 1 qol - 1 məhsuldar ötürmə ilə başa vurub. Bu nəticədən sonra "Fənərbağça" xalını 10-a yüksəldib.
"Kayserispor" 6 xalda qalıb. Superliqanın 6-cı həftəsində “Kayserispor” öz meydanında “Antalyaspor”la, “Fənərbaxça” isə həftəni BAY-la keçirəcək. Sarı-göylülər UEFA Avropa Liqasının 1-ci həftə matçında Kiyev "Dinamo"sunu qəbul edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB