"Milan" və “İnter” komandaları Milanın “Cüzeppe Meatsa” stadionunda üz-üzə gəlib. SİA xəbər verir ki, "İnter" 21-ci dəqiqədə Brozoviçin qolu ilə 1:0 önə keçib. 28-ci dəqiqədə Leao hesabı 1-1-ə çatdırıb və ilk hissə bu hesabla başa çatıb.
Matçın 54-cü dəqiqəsində Jiroudun qolu ilə önə keçən Milan, 60-cı dəqiqədə Leaonun ikinci qolu ilə hesabı 3-1 edib. Dzekonun 67-ci dəqiqədə vurduğu qol “İnter”in uduzmasının qarşısını almağa kifayət etməyib və “Milan” 3:2 hesabı ilə qalib gəlib. Milli futbolçu Hakan Çalhanoğlu "İnter"də 90 dəqiqə meydanda olub. Bu qələbədən sonra "Milan" xalını 11-ə yüksəldib, "İnter" isə 9 xalda qalıb. A Seriyasının 6-cı həftəsində "Milan" səfərdə "Sampdoriya", "İnter" isə "Torino"nu qəbul edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB