"Haalandın qolu "Mançester Siti" üçün kifayət etmədi

"Haalandın qolu "Mançester Siti" üçün kifayət etmədi

Premyer Liqanın 6-cı həftəsində son çempion "Mançester Siti" "Aston Villa"nın qonağı olub. SİA xəbər verir ki, “Villa Park” stadionunda keçirilən matçın ilk yarısı qolsuz başa çatıb.

Qonaq komanda 50-ci dəqiqədə Erlinq Haalandın tora vurması ilə 1-0 önə keçdi, norveçli forvard isə liqadakı qollarının sayını 10-a çatdırdı. Aston Villa 74-cü dəqiqədə Leon Beylinin qolu ilə 1-1 bərabərə qalıb və matç bu hesabla başa çatıb. “Mançester Siti” xalını 14-ə yüksəldib. "Aston Villa"nın 4 xalı var.

Bütün xəbərlər Facebook səhifəmizdə