"Kenni oyundan öncə zədələndi. Daha sonra oyunun gedişində Ptonuda itirdik. Ümid edirəm ki, zədələri ağır olmaz. Yaxşı oyun keçdi". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Neftçi" komandasının baş məşqçisi Laurentsiu Regekampf bildirib.
Baş məşqçi qeyd edib ki, bu günkü oyunda 3 qol vurduq: "Oyundan çox razı qaldım. Həmçinin oyunda daha sonra daxil olan oyunçularda böyük ruh yüksəkliyi ilə performans göstərdilər. Mən bütün oyunçularımın daha yaxşı olmasını istəyirəm. Kenni isinmə hərəkətlərinidə Eminlə toqquşdu və bu səbəbdən də zədələndi. Rəqib komanda çox aqresiv şəkildə oynayırdılar. Onlar çalışdılar ki, bizi ortada bağlasınlar. Lakin bu səbəbdən onlarda bir sıra boşluqlar yarandı".
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB