Adnan yenidən İspaniyaya dönür

"Sevilya" azad agent statusunda olan belçikalı yarımmüdafiəçi Adnan Yanuzayı transfer etməkdə maraqlıdır. Bu barədə jurnalist Fabrizio Romano “Tvitter” hesabında məlumat verib. SİA-nın əldə etdiyi məlumata görə, 27 yaşlı futbolçu ilə müqavilə bu gün, avqustun 30-da imzalana bilər.

Yanuzay “Anderlext”in məzunudur. 16 yaşında “Mançester Yunayted” akademiyasına keçib və 2017-ci ilə qədər komandada çıxış edib. İngiltərədə Adnan 2013-cü ildə çempionluq da daxil olmaqla, böyüklər səviyyəsində üç kubok qazandı.

Yanuzay 2017-2022-ci illərdə "Real Sosyedad"ın futbolçusu olub. Komandanın heyətində 168 matçda 23 qol vurub və 21 məhsuldar ötürmə verib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə