Azərbaycanın voleybol yığması finala vəsiqə qazana bilər

Azərbaycanın voleybol yığması finala vəsiqə qazana bilər

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi bu gün 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti görüşünü keçirəcək. SİA-nın məlumatına görə, D qrupunda yer alan yığma Sloveniyanı qəbul edəcək.

Bakıdakı Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşma saat 18:00-da başlanacaq. Azərbaycan komandası qələbə qazanacağı təqdirdə, Belçika, İtaliya, Estoniya və Almaniyanın ev sahibliyi edəcəyi AVRO-2023-ün final mərhələsinə yüksələcək.

AVRO-2023, seçmə mərhələ

D qrupu (qadınlar)

3 sentyabr

18:00. Azərbaycan - Sloveniya

Bakı, Voleybol Mərkəzi

Qeyd edək ki, ilk 3 turdan sonra Azərbaycan yığması 9 xalla qrupda liderdir. Sloveniya 8 xalla ikinci, Avstriya 1 xalla üçüncüdür. Xalı olmayan Gürcüstan seçməsi isə sonuncu pillədə qərarlaşıb. Qrupda ilk iki yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə