Avropanın futbol klubları pulu hara xərcləyirlər, təbii ki, transferlərə. Amma qeyd edilməlidir ki, bu transferlər bəzən elə də uğurlu olmur deyə, sonradan alınan futbolçu üçün edilən ödənişə heyfislənənlər də olur.
Maraqlıdır ki, bu il Avropa çempionatında transferlər üçün ən az ödəniş edən Bundesliqa klubları olublar.
Amma La Liqa komandaları yay transfer pəncərəsi zamanı yeni gələnlər üçün 490,61 milyon avro xərcləyiblər.
Qeyd edək ki, İspaniya klubları transferlərə 2021-ci ilin yayında 292 milyon avro, 2020-ci ilin yayında 409,8 milyon avro və 2019-cu ilin yayında isə 1,3 milyard avro xərcləmişdilər.
Bu il isə İspaniyada transferlərə ən çox pul xərcləyən klub “Barselona”dır.
Belə ki, Kataloniya klubu yeni gələnlərə 153 milyon avro yatırıb. Qeyd edək ki, bu, İspaniya klublarının bu yay xərclədiyi bütün xərclərin 31 faizini təşkil edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB