“Qarabağ” klubu azarkeşlərə müraciət edib - DİQQƏT!

“Qarabağ” klubu azarkeşlərə müraciət edib - DİQQƏT!

Ağdamın “Qarabağ” klubu “Frayburq”a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin birinci tur matçı üçün Almaniyadakı azarkeşlərə müraciət edib. SİA Ağdam təmsilçisinin rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, “Europa Park” stadionunda görüşü izləmək istəyən azarkeşlər N-16 və N-17 sektorlarının giriş qapısından bilet ala bilərlər. Biletlərin qiyməti 29 avrodur.

Qeyd edək ki, sentyabrın 8-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə