İngiltərə Premyer Liqasının 5-ci həftəsində “Mançester Yunayted” səfərdə “Lester Siti”ni 1:0 hesabı ilə məğlub edərək, ardıcıl üçüncü qələbəsini qazanıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İngiltərə Premyer Liqasının 5-ci həftəsinin bağlanış matçında “Mançester Yunayted” səfərdə “Lester Siti”yə 1:0 hesabı ilə qalib gəlib.
“Kinq Pauer” stadionunda keçirilən qarşılaşmada 23-cü dəqiqədə Ceydon Sanço qonaq komandanın qələbəsini qazanıb. Liqada ardıcıl üçüncü qələbəsini qazanan "Mançester Yunayted" xalını 9-a çatdıraraq 5-ci pilləyə yüksəlib. Dördüncü məğlubiyyətini alan “Lester Siti” 1 xalla sonuncu pillədə qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB