Azərbaycan şahmatçıları Vətənə qayıdıb

Azərbaycan şahmatçıları Vətənə qayıdıb

Çexiyanın paytaxtı Praqaqadakı Avropa çempionatında uğur qazanmış Azərbaycan şahmatçıları Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva Vətənə qayıdıblar. SİA-nın məlumatına görə, qrossmeysterləri Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov, AŞF rəsmiləri və media nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, Avropa çempionatında G.Məmmədzadə gümüş, Ü.Fətəliyeva isə bürünc medal əldə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə