"Növbəti yarış Tokioda keçiriləcək" - BAŞ KATİB DANIŞDI

"Növbəti yarış Tokioda keçiriləcək" - BAŞ KATİB DANIŞDI

"Mən Yaşar Bəşirova öz təşəkkürlərimi bildirirəm. Sabahdan etibarən böyük yarış artıq start götürəcək. Əminəm ki, yarış çox yüksək səviyyədə hazırlanıb". SİA xəbər verir ki, bu fikirləri Avropa Karate Federasiyasının (EKF) baş katibi Davor Çipek bildirib.

O qeyd edib ki, növbəti yarış Tokioda keçiriləcək: "Azərbaycanın Karate Federasiyası bütün idmançılara böyük dəyər verir. Biz Azərbaycanda keçirilən bütün böyük idman tədbirlərinin şahidi olmuşuq. Məhz bu səbəbdən Azərbaycanda keçirlən yarışların möhtəşəmliyindən xəbərimiz var. Bundan əvvəl ki, uğurlara nəzərən inanırıq ki, Yaşar müəllim və onun komandası hər şeyi çox gözəl şəkildə təşkil edəcək"

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə