"Yuventus" PSJ-nin futbolçusunu icarəyə götürdü

"Yuventus" PSJ-nin futbolçusunu icarəyə götürdü

"Yuventus" PSJ-nin futbolçusu Leandro Paredesi icarəyə götürüb.

SİA Qol.az-a istinadən xəbər verir ki, argentinalı yarımmüdafiəçi 2022/2023 mövsümünü icarə əsasında Turin təmsilçisində keçirəcək. Bunun üçün klub icarə haqqı ödəməyib.

Müəyyən məqsədlərə çatdıqda, "Yuventus" Leandronu almaq məcburiyyətində qalacaq, hədəflərə çatmasa, klubun oyunçunu yenə almaq hüququ olacaq. Hər iki halda təzminat məbləği 22,6 milyon avro təşkil edəcək. Məqsədlərə çatdıqdan sonra "Yuventus" oyunçunu birdəfəlik almaq bəndini aktivləşdirməsə, PSJ-yə 2,5 milyon avro ödəməli olacaq. Müqaviləyə 3 milyon avro dəyərində bonuslar da daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə