"Biz tennisə gələn uşaqları bütün texniki avadanlıqlarla təmin edirik" - OQTAY ƏSƏDOV
"Mən Parlament sədri olduğum zamanda tennisə hər zaman önəm vermişəm. Azərbaycanda bir çox tədbirlərini həyata keçirmişəm. Tennis Federasiyasına bundan sonra məşqçilər dəvət olunub. Bu idman növündə idmançı ərsəyə gətirmək çox çətindi". SİA xəbər verir ki, bu fikirləri mətbuat konfransında Oqtay Əsədov bildirib.
O.Əsədov qeyd edib ki, bu il keçirilən turnirlərdə tennis üzrə iki idmançımız qələbə qazanıb: "Çalışacağıq ki, bundan sonra bu idman növü üzrə inkişaflar baş versin. Maliyyə məsələlərini də yerinə qoymağa çalışacağıq. Tennis idman növünün inkişafı üçün turnirlər daha çox təşkil olunmalıdır.
Biz tennisə gələn uşaqları bütün texniki avadanlıqlarla təmin edirik. Tennis Federasiyasında indiyənə qədər xarici məşqçilər cəlb olunub. Təbii ki, bundan sonrada bu proses davam etdiriləcək. Biz legioner idmançıları cəlb etmək istəmirik. Bir neçə idmançılar var ki, gəlmək istəyirlər lakin çox pul tələb edirlər. Bizim isə o qədər maliyyəmiz yoxdur. Həmin idmançılara o qədər pul vermək əvəzinə yerli idmançılarımızı inkişaf etdirərək önə çıxardacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB