Millimiz Türkiyə ilə heç-heçə etdi

Millimiz Türkiyə ilə heç-heçə etdi

Bakıda təlim-məşq toplanışını başa vuran 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.

SİA Qol.az-a istinadən xəbər verir ki, “Dalğa Arena”da Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilmiş oyun 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, oyunun 65-ci dəqiqəsində Amin Qarayev qırmızı vərəqə alıb. Bu komandalar arasında iki gün əvvəl keçirilmiş ilk qarşılaşma 1:0 hesabı ilə Türkiyə millisinin xeyrinə nəticələnmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə