"Bu gün bəlkə də, Azərbaycan film tarixində bir ilk yaşanır. Çünki ilk dəfə olaraq azərbaycanlı bir idmançının həyatını əks etdirən film çəkilib. Filmin baş qəhrəmanıda özüməm". SİA-nın verdiyi məlumata görə bu sözləri velosiped idman növü üzrə tanınmış idmançı Elçin Əsədov baş qəhrəmanı olduğu "Uğurlar- Elçin Əsədov" filminin təqdimat mərasimində bildirib.
İdmançının sözlərinə görə, filmdə 20 illik kariyerasında baş verən bütün hadisələr öz əksini tapıb: "Çox sevinirəm ki, idmana və idmançılara bu cür önəm verilir. Cənab Prezident İlham Əliyevin də idmana olan diqqəti və qayğısı açıq-aşkar hiss olunur. Məhz bunun nəticədir ki, Azərbaycanda bütün idman sahələrində o cümlədəndə velosiped idman növündə də irəliləyişlər hiss olunur. Hörmətli cənab nazir Mədət Quliyevində idmançılara olan diqqəti hər zaman göz önündədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB