"Biz qısa metrajlı bioqrafik bir film ərsəyə gətirmişik. Baş qəhrəmanımız Azərbaycanı bütün dünyaya tanıdan və çox gözəl şəkildə təmsil edən Elçin Əsədovdur". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlmasında "Uğurlar- Elçin Əsədov" filminin təqdimat mərasimində filmin rejissoru Aslan Qarayev bildirib.
Rejissorun sözlərinə görə, filmdə Elçin bəyin bütün velosiped həyatından bəhs olunur: "Bacardığımız qədər hər bir məqamları əhatə etməyə çalışmışıq. Bizə göstərdikləri dəstək üçün Azərbaycan Müdafiə Sənayesi Nazirliyinə, Gənclər və İdman Nazirliyinə, Azərbaycan Velosiped Federasiyasına təşəkkürümüzü bildiririk. Düşünürəm ki, hər kəs filmi sevə-sevə izləyəcək. Filmin ərsəyə gəlməsində Zəhra xanımın çox böyük səyi olub. Filmi əsasən yay günlərdində çəkmişik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB