"Elçin Əsədovun həyatı rəngarəng və keşməkeşli keçib" - ZƏHRA QULİYEVA
Elçin Əsədov dünyaca məşhur velosipedçilər sırasındadır. Hətta deyərdim ki, top 25-likdə yer alır". SİA xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında "Uğurlar-Elçin Əsədov" filminin təqdimat mərasimində filmin ssenari müəllifi Zəhra Quliyeva bildirib.
Zəhra Quliyeva qeyd edib ki, belə bir idmançını işıqlandıraraq, kütləyə tanıtmaq böyük bir şərəfdir: "Düşünürəm ki, hər bir azərbaycanlı uğurlu insanları tanıtmalıdır. Çünki bu cür insanlar nəticəsində bir çoxları öz iradələrini toparlayaraq məqsədlərinə çata bilərlər. Bu filmi ərsəyə gətirməkdə əsas məqsədimiz idmançıların keçdiyi ağır yolu və iki təkər üzərində çəkdikləri əziyyət hesabına qazandıqları uğuru göstərdik. Təbii ki, Elçin Əsədovun həyatı rəngarəng və keşməkeşli keçib. Elçin Əsədov elə bir idmançılardandır ki, onun 35 yaşının olmasına baxmayaraq idman sahəsində yetərincə iz buraxıb. Biz onunla neçə ildir ki, dostuq. Düşündüm ki, onun həyatını işıqlandırmaq bizim komandamız üçün maraqlı olar. Filmi qiymətləndirməyi tamaşaçıların ixtiyarına buraxırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB