“Şalke” doğma meydanda xalsız qaldı

“Şalke” doğma meydanda xalsız qaldı
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 6-cı turun oyunları keçirilib.

SİA Qol.az-a istinadən xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə “Kaan-Marienborn”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 64-cü dəqiqədə əvəzlənib.

“Şalke”nin ikinci komandası 6 turdan sonra 7 xalla 18 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com