Avqustun 27-də gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan İdman Jurnalistləri İctima Birliyi İdarə Heyətinin üzvləri ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı ölkəmizdə idman mediasının hazırkı vəziyyəti və idmanın təbliği məsələləri müzakirə edilib. Fərid Qayıbov ölkəmizdə medianın ən böyük qollarından biri olan idman jurnalistikasının inkişaf etdirilməsi və beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb.
Nazir Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin mövcud problemləri ilə də maraqlanıb. Qurumun rəhbəri Azər Quliyev səmimi qəbula görə təşəkkür edib. İdarə Heyətinin üzvləri idman mediasını narahat edən məsələlər barədə məlumat veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB