Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, günün ilk matçında "Sumqayıt" "Turan Tovuz"la qarşılaşıb.
Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
Rəqiblərindən bir oyun az keçirən Tovuz klubu 4 xalla 6-cı, "gənclik şəhəri" təmsilçisi isə 2 xalla 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, günün ikinci matçında "Neftçi" "Zirə"ni qəbul edəcək. IV turun "Səbail" - "Kəpəz" və "Qarabağ" - "Şamaxı" oyunları avqustun 27-də, "Qəbələ" - "Sabah" görüşü isə avqustun 28-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB