AFFA İntizam Komitəsi "Zirə"nin baş məşqçisi Rəşad Sadıqova xəbərdarlıq edib.
SİA Milli Assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna 40 yaşlı mütəxəssisin "Sumqayıt"a qarşı Premyer Liqanın III tur oyununda hakimlərin işinə nümayişkaranə şəkildə müdaxilə etməsi səbəb olub.
Qeyd edək ki, qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Sadıqov görüşün sonlarında epizodların birində hakimlərlə mübahisə edib.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB